Xəbərlər

Azərbaycan turizmi Brüsseldə beynəlxalq auditoriyaya təqdim olundu
30 sentyabr 2026

Azərbaycan turizmi Brüsseldə beynəlxalq auditoriyaya təqdim olundu

Azərbaycan Turizm Bürosu Brüsseldə keçirilən Euronews Travel & Tourism Summit 2026 tədbirində ölkənin turizm imkanlarını təqdim edib. Təqdimatda İpək Yolu irsi, Bakı və bölgələrin mədəni təcrübələri, dağ mənzərələri və qış turizmi ön plana çıxıb.

Bakı–Brüssel birbaşa reyslərinin 8 may 2027-ci ildən başlanması gözlənilir. Şahdağda 5–7 mart 2027-ci il tarixlərində keçiriləcək FIS Dünya Kuboku da Azərbaycanın qış turizminə beynəlxalq marağı artıracaq tədbirlərdən biri kimi qeyd olunub. tourismboard.az